Londonda yaşayan Rodriqo Alves dünyada ən çox əməliyyat etdirən şəxslərdən biri kimi tanınır.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, "Canlı Ken" ("Human Ken Doll") ləqəbi ilə məşhur olan 33 yaşlı Rodriqo qatıldığı televiziya verilişində 50-ci əməliyyatından sonra açıqlama verib.

Bədəni ilə ruhunun uzlaşmadığı üçün bunu etdiyini deyən məşhur indiyə kimi 1 milyon dollara yaxın vəsait xərclədiyini bildirib.

O, plastik əməliyyat zamanı gözlərinin, ağzının, üzünün formasını dəyişdirib.