Türkiyənin İstanbul şəhərinin Beyoğlu səmtində, dünyaca məşhur "İstiklal" caddəsində (Taksim) partlayış meydana gəlib. 

Rəsmi məlumata görə, canlı bombanın terror hərəkəti  nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Rəsmi məlumata görə, yaralılardan üçünün vəziyyəti olduqca ağırdır. 

Unikal.org həmin hadisənin ilkin görüntülərini təqdim edir.