Prezident İlham Əliyev hökumətdə struktur islahatlarını davam etdirir. Ölkə başçısnın sonuncu fərmanı (18 mart 20106-ci tarixli) ilə Dövlət Sosial Müdafiə Fondu ayrıca qurum kimi ləğv olunub və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Fərmanla bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Unikal.org-un məlumatına görə, ölkə başçısının fərmanını alqışlayan iqtidaçı ekspert, keçmiş deputat Nazim Məmmədov islahatın davam etdirilməsini vacib sayır: 

«Sosial sığortahaqqını və gəlir vergisini birləşdirib, 20 faizlik sosial vergi tətbiq etmək və onun yığımını Vergilər Nazirliyinə vermək lazımdır. Gömrük Komitəsini xidmətə çevirərək, Vergilər Nazirliyinə birləşdirməksə növbəti addım olmalıdır».