Səudiyyə Ərəbistanında yol qəzası nəticəsində Misirdən olan 19 zəvvar həlak olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.
İçərisində 44 nəfərin olduğu avtobus aşıb, 25 nəfər xəsarət alıb.
Zəvvarlar Səudiyyə Ərəbistanına kiçik Həcc ziyarətinə gediblər.