Rusiyanı  Cənubi Qafqazla  birləşdirən Hərbi Gürcüstan yolu pis hava şəraiti ilə əlaqədar bağlanıb.
 
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə  Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gecə yerli vaxtla saat 02:00-dan Hərbi Gürcüstan yolu bağlanıb.
 
Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Gürcüstan üzərindən Ermənistanla birləşdirir.