Səbəb batareyalarda olan nasazlıqdır

"Apple şirkəti, BƏƏ-dən (Birləşmiş Ərəb Əmirlikləri) 88.700 ədəd iphone 6s modelini geri çağırır.

Unikal.org xəbər verir ki,bunun səbəbi isə sözügedən model telefonlardakı batareyalarda olan nasazlıqdır. Nəticədə həmin nasazlıq, smartfonların funksionallığına mane olur. Şirkət artıq BƏƏ-nin İqtisadiyyat Nazirliyinə məktub göndərib. Məktubda şirkət, yaranmış problemin məğzini və iphone 6s istifadəçilərinə smartfon tərəfdən heç bir təhlükənin olmadığını qeyd edib. Sözügedən problem isə ondan ibarətdir ki, batareyanın enerji ehtiyyatı 50-60%-ə düşəndən sonra smartfon avtomatik olaraq sönür.

Bu problem, 2015-ci ilin sentyabrından oktyabrına kimi Çində istehsal olunmuş iphone 6s modellərində rast gəlinir. Həmin vaxt intervalında istehsal olunmuş hissəsində neçə ədəd smartfonun olduğu məlum deyil. Lakin göstəricinin 89.000-dən olduğu dəqiqdir.technote.az