ABŞ-ın dövlət katibi Con Kerri, Qafqaz, Mərkəzi Asiya və İran xalqlarını Novruz bayramı münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir

Kerri bu bayramı qeyd edən bütün dostlara xoşbəxt və firavan Novruz arzulayıb: "Amerikalılar kimi, biz baharın və yeni ilin gəlişini qeyd etmək üçün toplaşan bütün Qafqaz, Mərkəzi Asiya, İran xalqları və ABŞ-da olan icmalarla birlikdə sevinirik".