ABŞ prezidenti Barak Obama `başda İran olmaqla` Novruz bayramını qeyd edənlərə təbrik mesajı ünvanlayıb. O, Ağ Evdə də Novruzu qeyd edəcəklərini, səbzi-plov bişirəcəklərini söyləyib.

Unikal.org AzVision.az xəbər verir ki, müraciətində `Novruz mübarək` sözlərini işlədən Obama qeyd edib ki, Novruz - baharın gəlişini və yenilənməni, yeni ümidləri simvolizə edir.

Onuz sözlərinə görə, ABŞ ilə İran arasında bəzi məsələlərdə anlaşılmazlıqlar qalsa da, ümumilikdə yeni mərhələnin başlanması üçün tarixi fürsət var və bu fürsət qaçırılmamalıdır.

ABŞ prezidenti İranın nüvə probleminin də öz həllini tapacağına inandığını deyib.