Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün İstanbulda baş verən terror aktı ilə bağlı açıqlama verib.
 
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davudoğlu hazırda hadisə ilə əlaqədar araşdırmaların aparıldığını bildirib.

`Araşdırmalar bir neçə istiqamət üzə aparılır. Ən qısa zamanda hadisəyə aydınlıq gətiriləcək. Bu acı olay mövqeyimizin haqlı olduğunu bir daha ortaya qoydu`,-deyə baş nazir vurğulayıb.

Davudoğlu, həmçinin bildiirb ki, hadisənin günahkarları ən qısa zamanda tapılacaq və cəzalandırılacaqlar.