İngiltərədə ev sahibi bağçadaykən itinin yumru palçıq topası ilə oynadığını görüb. O, itin nə ilə oynadığı ilə maraqlanmaq üçün onu itin ağzındanalıb. Yumru palçıq topasını əlinə götürən kişi görüb ki, bu kirpidir. O, palçığa bulaşdığına görə bu hala düşüb.

Unikal.org "The Sun"a istinadla bildirir ki, kişi kirpini baytara aparıb. Kirpi xüsusi üsulla təmizlənib, qurudulub. Daha sonra kirpiyə masaj edilib.

Kirpinin masaj edilərkən çəkilən maraqlı görüntüsü izlənmə rekordları qırıb.