Ukrayna prezidenti Pyotr Poroşenkoya ölkədə pensiya həddini 120, orduya çağırış həddini isə 100 yaşadək artırmaq təklif olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, müvafiq ərizə Ukrayna prezidentinin petisiyalar saytında qeydiyyata alınıb.

"Hökumətin başında təqaüdçüləri dolandırmaq və hərbi əməliyyatları dəstəkləmək problemi mövcud olduğu üçün pensiya həddinin 120, orduya çağırış həddinin isə 100 yaşadək artırılmasını təklif edirəm. Bu, xalqı tədricən məhv etmək problemini aradan qaldıracaq", - deyə petisiyanın mətnində bildirilir.

Ərizənin müəllifi Vitali Sakundur. Petisiya fevralın 7-də qeydiyyata alınıb və 25 min lazımi səsdən 8-ni toplayıb. Petisiyanın imzalanmasına 88 gün qalıb.