Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, insident Qızılavar kəndində qeydə alınıb.

"Ford markalı yük avtomobili 3 nəfəri vurub. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.