İstanbulun İstiqlal küçəsində partlayış törədən terrorçunun yeni görüntüləri yayılıb.

Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, kamikadzenin faciəni törətdiyi an şəhər kameralarında əks olunub.

Qeyd edək ki, ötən gün Türkiyənin İstiqlal küçəsində partlayış baş verib. Səhiyyə naziri Mehmet Müəzzinoğlu 5 nəfərin öldüyünü, 38 nəfərin isə xasarət aldığını qeyd edib.