Fransanın paytaxtı Parisdə metroda güclü partlayış olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində 8 nəfər yaralanıb. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.

Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir.