Faktla bağlı araşdırma aparılır 

Şamaxı rayonunda yük avtomobili qadının üstündən keçib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, dünən axşam saatlarında rayon ərazisində "QAZ 53" markalı yük maşını 50 yaşlı qadını vurub. Piyada hadisə yerindəcə vəfat edib.
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır, ekspertizalar təyin edilib.