Lənkəranda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən 3 dəstənin üzvləri saxlanılıblar. Onlar ötən ilin oktyabr ayından başlayaraq rayon ərazisində müxtəlif vaxtlarda külli miqdarda oğurluq etməkdə təqsirli bilinirlər.

Polis Şöbəsindən bildirilib ki, oğru dəstələri vətəndaşların evlərindən və ticarət obyektlərindən ən azı 20 min manat dəyərində nağd pul, məişət əşyaları, mobil telefonlar, maşın ehtiyat hissələri, ərzaq məhsulları, geyim malları oğurlayıblar.

Saxlanılanların 4-nün yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi başlanıb.