Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı davam edir. 

Unikal.org-un məlumatına görə, yarışın 3-cü günü Azərbaycan idmançıları daha 3 medal qazanıblar.

Belə ki, "Gilan Taekvondo Klubunun üzvləri Fizam Mehdiyevlə (58 kq) Ayxan Tağızadə (68 kq) ölkəmizə qızıl medal qazandırıb. Onlar müvafiq olaraq finalda Saqiniş Şimirbay (Qazaxıstan, "Bars) və Fahd Zaouyaqa (Hollandiya, "Seonqonq) qalib gəliblər.

Meydiyevlə Tağızadəndən fərqli, Mikayıl Əliyev ("Azəri TK) çempionluğun bir addımlığında büdrəyib. 54 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə seneqallı Mustafa Kamaya ("Friedrixşafen) uduzaraq, gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycan klublarının qazandıqları medalların sayı 25-ə çatıb. Taekvondoçularımız hələlik 7 qızıl, 8 gümüş və 9 bürünc mükafata yiyələniblər.

Yarış bu gün başa çatacaq.