Rusiya Reyestr İdarəsinin Moskva şöbəsi külli miqdarda dələduzluq faktı ilə bağlı polisə müraciət edib. 

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, idarənin əməkdaşları Moskvanın ən bahalı küçələrindən sayılan Petrovkada elit binalardan birinin sonuncu mərtəbəsində iki mənzilin mənimsənilməsi faktının üstünü açıblar. Bəlli olub ki, həmin mənzillərdən birinin sahibi, Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adaşıdır.

Müəyyən edilib ki, dəyəri 500 milyon rubldan çox olan həmin iki mənzil son bir ildə saxta sənədlərlə bir neçə nəfərin adına keçirilib. Sahəsi 336 kv.m, dəyəri 250 milyon rubl olan bir mənzilə Abdulvaris M. Adlı şəxs sahiblənib. Onunla qonşu olan 400 kv.m-lik mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına sənədləşdirilib.