İranın cənubunda Bəndər Abbas şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 5 fəhlə ölüb, 9-u yaralanıb.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, partlayış kənd təsərrüfatı sahəsi araşdırması ilə məşğul zirzəmidə elektrik xəttindəki qısaqapanma nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.