Bu ilin yanvar ayında Azərbaycanda 31 qida zəhərlənməsi faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev məlumat verib. O bildirib ki, hadisələr nəticəsində 44 nəfər zərər çəkib.

N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb:

"Ölüm hadisəsi Şəmkir rayonunda qeydə alınıb. Belə ki, ev şəraitində hazırlanan pomidor turşusundan bir ailə zəhərlənib, onlardan 2010-cu il təvəllüdlü Hüseyn Namazov zəhərlənmədən ölüb.