Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyatı üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.