Sosial şəbəkələrdə yayılan bu videoda "Niva" markalı avtomobillərlə "avtoş"luq kadrları əksini tapır.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, Bakının müxtəlif küçə və prospektlərində "Niva" markalı avtomobillərlə avtoxuliqanlıq edən bir qrup sürücü bu əməllərin videosunu çəkdirib və sosial şəbəkələrdə yayıb.

Amma onlar bu işi elə görüblər ki, hadisələrin harada və nə vaxt baş verdiyi məlum deyil. Həmçinin, avtomobillərin nömrə nişanları da gizlədilib.

Həmin görüntüləri təqdim edirik: