Türkiyədə tanınmış aktyorla ailə həyatı quran, lakin bir müddən öncə rəsmi şəkildə boşanan azərbaycanlı model gözlənilməz açıqlama edib.

Unikal.org anspress-ə istinadən xəbər verir ki, Günay Musayeva keçmiş əri Tolqa Karelin oğlunu görmədiyini deyib. 

Musayeva İstanbulun Ortaköy səmtində paparatsilərə yaxalanıb. O, keçmiş həyat yoldaşından danışıb. "Tolqa iki ildir ki, oğlumuz Cahangirlə görüşmür".

Model keçmiş ərinin bu müddət ərzində onun özü ilə də bir araya gəlməyini deyib. 

Türkiyədə yaşayıb, işləyən Günay Musayevanın tanınmış aktyor olan keçmiş əri yenidən evlilik yolundadır. Belə ki, may ayında Karel amerikalı tələbə sevgilisi ilə nikah masasına oturacaq. Toy may ayının 11-nə planlaşdırlıb. Bir müddət öncə açıqlama verən aktyor sonunda gerçək sevgini tapdığıma inandığını demişdi.

İlin əvvəlində jurnalistlərə açıqlama verən və ötən ilin sentyabr ayında azərbaycanlı həyat yoldaşı Günay Musayevadan anlaşmalı olaraq boşanan Tolqa Karel oğlu Cahangiri görmək istəmədiyi barədə yayılan şayiələri də cavablandırmışdı.

"Oğlum mənim canımdır. Sevgilimə də demişəm bunu. O da mənimlə razılaşıb və deyib ki, istəsə əgər Cahangir Can Amerikada bizimlə də yaşaya bilər. Türkiyəyə gələndə oğlumu görürəm. Belə şayiələr məni kədərləndirir". 

G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz bir şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə onlar rəsmən ayrıldıqlarını elan ediblər. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir. 

Tolqa Karel keçmiş həyat yoldaşı model Günay Musayevadan məhkəməyə şikayət edib. O, iddia edib ki, Günay Musayevanın sürücüsü tərəfindən silahla təhdid edilib.