Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən unikal.org-a verilən məlumata görə, cənub küləyi 8-13 m/s olacaq, arabir 15 m/s təşkil edəcək.

Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Havanın temperaturu  Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14, Bakıda gecə 2-4 dərəcə, 10-12 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 763 civə sütunu, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli yağış yağacağı olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s, temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 5-10 dərəcə isti olacaq.