Bakıda beşmərtəbəli binada yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda beşmərtəbəli binanın dam örtüyündə yanğın hadisəsi baş verib.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.