"Qalatasaray futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.

Unikal.org-un CNN-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.

Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

Yan Olde Rikerinq 2016-cı ilin martında "Qalatasaray-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokun qalıibi. Hazırda Türkiyə Superliqasında "Qalatasaray lider "Beşiktaşdan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.