Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının 143-cü kilometrliyində, Cəlilabad şəhərinin Müalicə Diaqnostika Mərkəzinin yanındakı ərazidən keçən hissəsində qeydə alınıb.
"Assaman" markalı avtomaşın Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn avtomobilin yoluna çıxıb. Bir-birinə çırpılan hər iki maşın güclü zərbənin təsirindən yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 4 sərnişin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.