Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri qurumun Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşüb.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, görüşdə terrorizmlə mübarizə tədbirləri və atəşkəs müzakirə olunub.
 
Qeyd edək ki, bir müddət öncə rəsmi Dəməşq münaqişənin həlli üçün təkliflər paketini BMT-yə təqdim edib.