Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatıb. 

Unikal.org  xəbər verir ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Qrup mərhələsinə məğlub olmayan PSJ "Barselona" ilə qarşılaşıb. Doğma meydanda rəqibini darmadağın edən parislilər 4:0 hesablı tarixi qələbəyə imza atıblar. Di Mariyanın dubl etdiyi oyunda Draksler və Kavani hərəyə bir dəfə fərqləniblər.

Günün digər matçında "Benfika ilə Dortmund "Borussiyası üz-üzə gəliblər. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazanıb. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. "Borussiya"da isə Obameyanq penaltidən yararlana bilməyib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

14 fevral

"Benfika (Portuqaliya) - "Borussiya (Dortmund, Almaniya) - 1:0
Qol: Mitroğlu, 48
Baş hakim: Nikola Ritsoli (İtaliya)
PSJ (Fransa) - "Barselona (İspaniya) - 4:0
Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71
Baş hakim: Şimon Marçinyak (Polşa)