Bakıda 16 yaşlı qız intihara cəhd edib.

Unikal.org Report-a istinadən xəbərinə görə, Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 2001-ci il təvəllüdlü V.H. özünü Ə.Həciyev küçəsi 36 saylı evin 5-ci mərtəbəsindən yerə atmağa cəhd edib.

Ətrafdakılar onu fikrindən daşındıraraq həyatını xilas edib.