Belçikanın paytaxtı Brüsselin hava limanında bir-birinin ardınca iki partlayış baş verib.
Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmilər partlayışların terror aktı olduğunu açıqlayıblar.
Partlayışlardan biri aerportun gözləmə zalında, "American Airlines" şirkətinin təyyarə dayanacağına yaxın yerdə , digər partlayış isə uçuş terminalında baş verib. Partlayışdan sonra aerport bağlanıb, insanlar evakuasiya edilir. Nəticədə 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
***
Aeroportdakı partlayışda ölənlərin sayı 17-yə çatıb. Yaralananlar isə 30-a yaxınlaşır.
 
13:29
****
Brüssel beynəlxalq hava limanındakı partlayışlar zamanı həlak olanların meyitlərinin və yaralıların çatdırıldığı San-Lyuk xəstəxanasından təsdiq ediblər ki, ən azı, 23 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb.