Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib. 
Unikal.org "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb. Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də,yaralıların olduğu deyilir. Hazırda metrodakı insanlar evakuasiya edilir. 
Xatırladaq ki,  Brüsseldə Zaventem hava limanında bu gün ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.(apa)
***
Brüssel metrosunda baş vermiş terror aktı nəticəsində 10 nəfər həlak olub.