07 Dekabr 2019
Brüsseldə küçəyə çıxmayın-
Brüsseldə küçəyə çıxmayın- KRİMİNAL 13:13 2016-03-22

 
Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.
Unikal.org xəbər verir ki, bunu Trend-ə səfirlikdən deyiblər.
Diplomatik missiyalar bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb. Bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.