Almaniya Bundesliqasında XXI turun oyunları keçirilir.

Unikal.org xəbər verir ki, açılış matçında "Bayer" "Auqsburq"la qarşılaşıb.

Səfər matçından üzüağ çıxan leverkuzenlilər 3 xalı 3 qolla əldə ediblər.

Bu gün lider "Bavariya"nı heç də asan səfər gözləmir. Karlo Ançelottinin yetirmələri ilk "dördlüy"ə düşməyi hədəfləyən "Herta" ilə üz-üzə gələcəklər.

Dortmund "Borussiya"sı uğursuz mövsüm keçirən "Volfsburq"u qonaq edəcək.

Mövsümün sürpriz komandası "Leypsiq" isə Mönhenqladbaxa səfər edəcək. Hazırda ikinci pillədə qərarlaşan "Leypsiq"dən fərqli, rəqibi "Borussiya" yuxarı pillələyə yüksəlməyə çalışır.