Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən "İnter - "Zirə matçından sonra qalmaqal yaşanıb.

Unikal.org-un məlumatına görə, matç başa çatandan sonra qonaq komandanın ehtiyat qapıçısı Kamal Bayramovla meydan sahiblərinin mühafizəçiləri arasında mübahisə düşüb.

Bu zaman "İnterin mühafizəçiləri hadisənin təfərrüatını öyrənmək istəyən jurnalistlərə qarşı da təzyiq göstəriblər.

Qeyd edək ki, "İnter - "Zirə görüşü 1:1 hesabı ilə başa çatıb.