"Ağır oyun idi. Çünki hər iki komanda eyni taktika ilə oynayırdı. Belə olan halda isə matç demək olar ki, hər futbolçunun təkbətək mübarizəsinə çevrilir". 

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının XIX turunda doğma meydanda "Zirə" ilə qarşılaşan paytaxt klubu oyundan 1:1 hesablı bərabərliklə ayırlıb.

Gürcü çalışdırıcı görüş haqqında fikirlərini bölüşüb: "Meydanda futboldan çox güləş gedirdi. Təəssüf ki, istədiyimiz kimi oynamaq alınmadı. İndi çalışacağıq ki, "Qarabağ"a qarşı keyfiyyətlə oyun göstərək. Yaxşı hazırlaşmalı və öz oyunumuzu göstərməliyik".