İndiki hava şəraiti kənd təsərrüfatı üçün əlverişli hesab edilir

Qışın çox sərt və yağıntılı keçməsi kənd təsərrüfatında məhsuldarlığın necə olmasını müəyyən təsir edən amillərdən sayılır. Məlum olduğu kimi, ötən ilin payızından başlayaraq, havalar çox sərt keçir. Son illər olmadığı qədər yağış və qar yağıb. Paytaxta nisbətən bölgələrdə qarın qalınlığı və yağıntının miqdarı isə daha çox olub.
Lakin artıq təbiət yaz fəslinin gəlişinə hazırlaşır, torpaq oyanır. Bundan sonrakı dövrdə eyni şəkildə şaxtalı havaların davam etməsi kənd təsərrüfatının məhsuldarlığına necə təsir göstərəcək? Qış vaxtı yağan qar və yağış suları bu ilki məhsuldarlıq üçün nə vəd edir?

Unikal.org "Yeni Müsavatın suallarını cavablandıran ekoloq Telman Zeynalovbildirdi ki, indiki havalar kənd təsərrüfatı üçün müsbət nəticə vəd edir: "Çünki qış vaxtı yağan yağıntı torpaqda rütubətin qalmasına səbəb olacaq. Yay vaxtı ola bilər ki, hava quraqlıq keçsin. Ona görə də torpağın nəmişliyi bitkilərin inkişafına şərait yaradacaq, əlavə suvarmaya ehtiyac olmayacaq, torpaq tamamilə münbitləşəcək. Ötən ilin sentyabr ayından etibarın hava yağıntılı keçib, 2-3 dəfə də güclü qar yağdı və torpağı münbitləşdirdi. Fevralın 20-dən torpaq oyanmağa başlayır, yaşıllıqlar artıq. Yaxşı olar ki, fermerlər martın 4-dən başlayaraq əkinə başlasınlar. Dərin şumlama aparmasalar daha yaxşı olar. Çünki dərin şumlama torpaqdakı suların buxarlanmasına gətirib çıxara bilər və eroziyanı gücləndirə bilər. Xırda şumlama ilə əkin əksələr, ildə iki dəfə artıq məhsul ala bilərlər, kənd təsərrüfatının və iqtisadiyyatımızın da inkişafına müsbət təsir edər.

Картинки по запросу ekoloq Telman Zeynalov

T.Zeynalovun sözlərinə görə, martın əvvəllərindən etibarən havaların küləkli və yağıntılı keçməsi meyvəçiliyə ziyan vura bilər: "Martdan sonra ola bilər ki, küləyin sürəti artsın. Ağacların çiçəkləndiyi vaxtda havaların soyuması, küləyin gücləməsi və şaxta məhsuldarlığa mənfi təsir göstərə bilər. Ona görə də həmin dövrdə ərazinin bir küncündə od qalayıb yandırırlar ki, onun hisi ağacların çiçəklərinin üstünü örtsün. Yağan yağış, dolu çiçəklərə zərbə endirə bilməsin. Mart ayında havalar şaxtalı və yağıntılı keçərsə, meyvəçiliyi qorumaq üçün görüləcək bir çox tədbirlər var. Mən bizim Kənd Təsərrüfatı Nazirliyinə yeni bir layihə təqdim etmişəm. Orada kənd təsərrüfatına lazım olan bütün bilgilər var ki, torpaqları necə şumlamaq olar, necə münbitləşdirmək, necə gübrə vermək olar, gübrələri necə istehsal etmək olar. Bütün sahələrdə fermerlərə lazım olan tövsiyələri hazırlayıb verirəm. İndi də bunların üzərində işləyirəm, fermerlərə seminar keçəndə paylayacağam.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevdə bildirdi ki, havaların yağıntılı keçməsi kənd təsərrüfatı üçün yaxşı haldır: "Torpaqda rütubətin çox olmasının məhsuldarlığa çox müsbət təsiri var. Hazırda qarın yağmasının meyvəçiliyə də ziyanı yoxdur. Qar və şaxta meyvə bağlarında zərərvericilərin, xəstəliklərin məhv olmasına müsbət təsiri var. Eyni zamanda da taxıl sahələrində gəmiricilərin məhv olmasında qar mühüm rol oynayır. Hazırki hava şəraitinin kənd təsərrüfatına elə bir ziyanı yoxdur.

Картинки по запросу

M. Hacıyev də vurğuladı ki, mart ayında, ağaclar çiçəklənən vaxtda hava bu cür qarlı-şaxtalı keçsə, meyvəçiliyə mənfi təsir göstərə bilər: "Hər ağacın özünün şaxtaya davamlılıq qabiliyyəti var. Hələlik bölgələrə yağan yağıntının təsiri müsbət istiqamətdədir.