Qoç- emosional davranmayın, aktiv fəaliyyətə başlayın. Sakitləşməyinizi istəyən insanların məsləhətlərinə qulaq asın.

Buğa- xoş sürprizlər vəd edir. Köhnə dostlarla görüş olacaq. Sizi yaxşı xəbərlər gözləyir. Alış-verişdə bədxərclik etməyin. İri məbləğdə məsrəfləri təxirə salın.

Əkizlər- iş və gərginlik artır. Yeni planlar sizi ruhlandıracaq. Amma sizi nə isə geri çəkəcək. Çin olmayacaq arzularla ümidlərə aldanmayın.

Xərçəng- sizi pərişan edə biləcək informasiyanın alınması, harasa yollanmaq və problemləri çözmək ehtiyacı yarana bilər. Çətin situasiyada çıxış yolunu tapmaq imkanı formalaşır.

Şir- öz işlərinizlə məşğul olmaqla yanaşı, yaxın ətrafınızdakı insanların problemlərinin həllinə diqqət ayırmağı da unutmayın. Səhhətinizə fikir verin. Günün ikinci yarısında fiziki iş, ev işi, açıq havada gəzintidə fayda var.

Qız- şəraitdəki ən kiçik dönüşlərə ifrat emosionallıqla reaksiya verməyin. Hisslərinizin əsiri olmayın, yaşananlarda yalnız mənfi çalarlar aramayın.

Tərəzi- ani impuls və ya daxili gərginlik nəticəsində özünüzlə yanaşı, yanınızdakı insanların əməllərini yanlış dəyərləndirməyin. Səfər və görüşü təxirə salın.

Əqrəb- axınla hərəkət edin, ehtiyac yarananda situasiyadan asılı olaraq duruma düzəlişlər edin. Böyük məsrəf və məntiqsiz xərc tələb edən işlə bağlı sizi dilə tutmağa çalışacaqlar, amma belə təkliflərə aldanmayın.

Oxatan- işdən və ya sövdələşmədən əldə ediləcək gəliri hesablamamış razılaşmayın. Köhnə münasibətləri qaydaya salın, yeni tanışlıqlardan faydalanmağın yollarını düşünün.

Oğlaq- fəaliyyət tempini nizamlayın, bir qədər ehtiyatlı davranın. Tərəfdaş və ya iş yoldaşınızın maraqları, problemlərində hali olmağa çalışsanız, səyləriniz minnətdarlıqla qarşılaşacaq.

Dolça- hissiyata güvənin, hadisələrin inkişaf məcrasına sərt müdaxilə etməyin. Təkliflər və yeni imkanlar diqqətəlayiqdir. Münasibətlər dayanıqlı deyilsə, istənilən xırdalıq səbr kasasını daşdıra biləcək son damla ola bilər.

Balıqlar- həssas olmasanız, etibarlı və səbatlı olmasını istədiyiniz məkanda qarğaşa yarana bilər. Bütün diqqəti işə yönəldin, yaxın ətrafınızdakı insanlara yalnız ehtiyac yarandığı təqdirdə müraciət edin.