Türkiyənin Mardin şəhərinin Nusaybin və Mazıdağı məhəllələrində terrorçular orduya yenə hücum təşkil edib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hadisə zamanı 2 təhlükəsizlik işçisi şəhid olub, 10 nəfər də yaralı var.
Nusaybin mahalında əsgərləri daşıyan xidməti maşın keçərkən terrorçular tərəfindən bomba partladılıb. Hadisə zamanı 1 əsgər şəhid olub, 7-si yaralanıb.
 
Həmçinin Mazıdağı mahalında da terrorçuların yola yerləşdirdikləri bombanı uzaqdan partlatması ilə maşında olan əsgərlərdən  1-i ölüb 3-ü yaralanıb.