"Bəzən qohuma borc pul verirsən, sonra geri qaytarmır"

Unikal.org bildirir ki, bu fikirləri Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Ölkə.Az-a verdiyi müsahibəsində deyib. 

O, qeyd edibk ki, bununla bağlı məhkəməyə müraciət edəndə onu sələmçi adlandırırlar: "Verirsən məhkəməyə, deyirlər ki, Rüfət Quliyev sələmçidir və sairə. Bu insan gəlib borc istəyib, mən də pul vermişəm. İndi qaytarmır. Yaxşı, mən nə etməliyəm? İnsanlıq, yaxşılıq etmək lazım deyil? O qədər qohumlarım olub ki, gəlib borca pul istəyir, deyir iş qurub qazanacam, sonra da pulunu qaytaracam. Ancaq baxırsan ki, sözlərinə əməl etmirlər".