Brüssel polisi Skarbek kommunasında axtarışlar zamanı partlayıcı qurğu, kimyəvi maddələr və İŞİD terror qruplaşmasına məxsus bayraq aşkarlayıb.
 
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Prokurorluğun məlumatında bildirilir.   
 
Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb,  230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.