Bakı şəhəri, Xətai rayonunda "Chevrolet" markalı minik avtomobilin yol kənarındakı divara çırpılması nəticəsində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürüb, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.