Bu gün səhər saatlarında "Nefçilər" metrostansiyasının yaxınlığında avtobus qəzası baş verib.

Unikal.org bildirir ki, məlumatı telejurnalist Teymur Mərdanoğlu öz şəxsi facebook səhifəsində paylaşıb.
Onun qeydlərinə görə, səhər tezdan avtobus sürücüləri sərnişinlərə növbəti dəfə həyacanlı anlar yaşadıblar.

"Neftçilər" metrosu yanindakı dayanacağa gdaxil olmaq istəyən 22 sayli marşrut avtobusu digər sərnişin avtobusuna arxadan çırpılıb. Hadisə nəticəsində ciddi xasarat alan olmasa da, sərnişinlər ciddi narahatlıq keçiriblər.