Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.