Lerik rayonunda qar uçqunu baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

Bildirib ki, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb.