Bakıda yaşayış evində yanğın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, fevralın 22-də saat 10 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində Şəlalə Əsgərovanın kirayədə yaşadığı evdə yanğın baş verib.

Nəticədə evin 60 kvm. sahəsində yanar konstruksiyaları yanıb, mənzildə kirayədə yaşayan 3 nəfər xəstəxanaya yerləşdirilib.