Şəkidə intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Qayabaş kəndində qeydə alınıb. Kənd sakini Amil Cəfərov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri dəqiq məlum olmasa da, yaxınları A. Cəfərovun ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.