"Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır.

Unikal.org "Reporta istinadən xəbər verir ki,  bunu Əsir və itk­in d­üşmüş, girov göt­ürülm­üş vətəndaşlarl­a əlaq­ədar Dövlət Ko­missiyasının katibi,­ işçi q­rupunun rəhb­əri İsmay­ıl Axundov ­deyib.

O bildirib ki, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir : "Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır.

İ.Axundovun sözlərinə görə, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: "Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir.