"Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik".

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə çıxışı zamanı deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan prezidenti Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu:

"Xocalı soyqırımı və ermənilərin digər cinayətləri haqqında həm ölkə daxilində, həm də ölkə xaricində təbliğat işləri aparırıq. Əks halda, ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımazdı. Biz öz torpaqlarımıza qayıtdıqdan sonra da bu təbliğat işlərini davam etdirəcəyik, ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik".