Samuxda qazdan zəhərlənmə hadisəsi baş verib.
 
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Ziyadlı kənd sakini, 1994-cü il təvəllüdlü İmaməli Quliyev təbii qazdan zəhərlənərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Məlumata görə, İ. Quliyev yaşadığı evdə yatarkən açıq qalan qaz evə dolub, nəticədə o, zəhərlənib.